“Avrasiya” klinikasına cərimə protokolu yazılıb

A77670ad 9062 3779 8b13 e735bc9df10a 850.jpg

Bakıda klinikaya cərimə protokolu yazılıb.

“Avrasiya” klinikası MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulması) inzibati protokol tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Babək Pənahovun icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Xatırladaq ki, İXM-nin 496.1-ci maddəsi ilə yazılmış protokola əsasən, fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.