Bu gün keçirilən hərracların zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti yenidən 2 000 ABŞ dollarını ötüb.
3 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) aprel fyuçerslərinin qiyməti 2 054,5 dollar təşkil edib, bu da öncəki hesablama göstəricisi (1 900 dollar) ilə müqayisədə 8,1% çoxdur.



