Avtomobildən 10 kiloqram heroin aşkarlandı

1651824033 6274d33d834736274d33d834741651823421b2ec1b1041cfe489c114ec2b2d1c59b7.jpg

Masallı sakininin avtomobilində külli miqdarda narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyiin mətbuat xidmətindən verilən xəbərə görə, Lənkəran rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş A.Talıbovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 10 kiloqram 20 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.