Azərbaycan yanvarın 20-29-da Almaniyanın paytaxtı Berlində keçiriləcək “Beynəlxalq Yaşıl Həftə – 2023” (“International Green Week – 2023) qida, kənd təsərrüfatı və bağçılıq sərgisində 13-cü dəfə iştirak edəcək.
Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.
Məlumata görə, ölkəmiz sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunacaq.
Avropanın ən iri sərgilərindən hesab olunan “Beynəlxalq Yaşıl Həftə” 1926-cı ildən keçirilir, 70-ə yaxın ölkədən 1 500-dən çox şirkəti, 5 000 media nümayəndəsini, yarım milyona yaxın ziyarətçini bir araya gətirir.
Artıq AZPROMO yerli sahibkarların sərgidə iştirakı ilə bağlı müraciətlərin qəbuluna başlayıb. İş adamları aşağıdakı əlaqə vasitəsilə agentliyə müraciət edə bilərlər:
Telefon: (+994 12) 598-01-47/48
E-poçt: office@azpromo.az





