Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri, tanınmış ictimai-siyasi xadim Qənirə Paşayevanın vaxtsız vəfatından kədərləndiyimizi bildirir, Azərbaycan Alpaqut Federasiyasının adından mərhumənin ailəsinə, sevdiklərinə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində vəfat edib. Deputat səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.





