Azərbaycan Beynəlxalq Radiosuna Qarabağda yayım üçün lisenziya verilib

98071300 4919 3b11 89c7 ba670276f4ee 850.jpeg

Azərbaycan Beynəlxalq Radiosuna Qarabağda yayım üçün lisenziya verilib.

Bu barədə Audiovizual Şuranın növbədənkənar iclasında qərar qəbul edilib.

Bildirilib ki, Audiovizual Şura Qarabağ iqtisadi rayonunun ərazisində yaşayan əhalinin obyektiv və operativ informasiya ilə təminatının yaradılmasının təxirəsalınmazlığını nəzərə alaraq “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə ümumölkə yerüstü radio yayımıçısı (radio redaksiyanın adı “Azərbaycan Beynəlxalq Radiosu”) lisenziyalarının verilməsi haqqında müvafiq qərar qəbul olunub.