Azərbaycan cüdoçuları Avropa Kubokunu bir medalla başa vurublar

17204199254023249024 1200x630.jpg

Azərbaycanın gənc cüdoçuları Çexiyanın paytaxtı Praqa şəhərində keçirilmiş Avropa Kubokunu bir medalla başa vurublar.

Yganə mükafatı 90 kiloqram çəki dərəcəsində çıxış edən Aslan Kotsoyev qazanıb. O, fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan millisi yarışda 6 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunub.