Bu ilin ilk iki ayında 5974 ton əczaçılıq məhsulları idxal edilib.
Bu barədə Gömrük Komitəsinin aylıq hesabatında qeyd olunub.
Məlumata görə, idxal edilən əczaçılıq məhsullarının dəyəri 148,3 milyon dollar olub. 2022-ci ilin eyni dövründə dəyəri 119,5 milyon dollar olmaqla 4700 ton əczaçılıq məhsulları idxal edilib.





