Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb

59a99578 138d 3d79 9c03 232fcaf3208f 850.jpg

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin sentyabr ayına olan reytinq cədvəlini açıqlayıb.

Qurumdan  verilən məlumata görə, Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov (590 xal) birinci pillədəki yerini qoruyub.

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (500 xal) ikinci olub. Paris-2024-də qızıl medal qazanan cüdoçu Zelim Kotsoyev (470 xal) isə üçüncü pilləyə yüksəlib.