Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir

Banksigorta.webp

Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərinin sığortalanması üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar təkliflərini noyabrın 18-nə qədər AMB-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanına təqdim edə bilərlər.

Təkliflərə noyabrın 18-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.