Azərbaycan, Qazaxıstan və Gürcüstan birgə müəssisə yaradır

1687431699 8e07de96 1abc 3cff a689 d686e585e6c5 850.jpg

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Qazaxıstan Dəmir Yolları Milli Şirkəti” Səhmdar Cəmiyyəti və “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyəti birgə müəssisə yaradacaq.

Bu məsələ Baş nazir Əli Əsədov və Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov arasında danışıqların yekununda imzalanan “Azərbaycan Dəmir Yolları” QSC, “Qazaxıstan Dəmir Yolları Milli Şirkəti” SC və “Gürcüstan Dəmir Yolları” SC arasında birgə müəssisənin yaradılması və fəaliyyətinin əsas prinsipləri haqqında Saziş”də əksini tapıb.