Azərbaycan Ukraynaya tibbi ləvazimat göndərib

0e7e05fa167146632747199326710366154.jpg

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası yola salınıb.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski məlumat verib

“Azərbaycan biznesi ilə birgə təşkil edilən növbəti humanitar yük Ukraynaya yola düşür – Xerson Onkoloji Xəstəxanası üçün generator avadanlığı və 600 kq tibbi yardım dəsti” – deyə diplomat Feysbukda bildirib.