Azərbaycanda dollara tələbat azalıb

Manatdollar 6a6c3fe9e0220

“Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib”.

Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı rəsmi məlumatda bildirilib.

“Bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. 2026-cı ilin 6 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 482 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3.8 faiz bəndi azalaraq 2026-cı ilin iyununda 25.6%-ə enib.

Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə əhəmiyyətli artdığı şəraitdə Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib. Cari ilin ötən dövründə Mərkəzi Bankın valyuta ehtiyatları 2.2 mlrd. ABŞ dolları məbləğində və ya 19.5% artaraq 13.8 mlrd. ABŞ dolları təşkil edib”, – AMB bəyan edib.