Azərbaycanda gənclərlə bağlı uğurlu siyasət həyata keçirilir

Ferid

Azərbaycanda gənclərin inkişafı daim diqqətdə saxlanılır və onlarla bağlı uğurlu siyasət həyata keçirilir.

Bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda açılışı keçirilən D-8 Gənclər Dialoqunda deyib.

Nazirin sözlərinə görə, keçirilən müxtəlif beynəlxalq tədbirlər və qurulan əməkdaşlıqlar bu siyasətin inkişafına töhfə vermək məqsədi daşıyır:

“Gənclərin aktivliyi və enerjisi də bizi daim onlara dəstəyə sövq edir. İstər yerli, istərsə də beynəlxalq tədbirlərdə gənclərin, eləcə də könüllülərin aktivlik göstərməsi olduqca müsbət dinamika yaradır”.