Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları kəskin artıb

D3f5d4de166866645383349783210559866.jpg

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1882,6 min və ya 2,1 dəfə çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, daşımaların 99,6%-i dövlət, 0,4%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

“Bu nəqliyyat növü ilə yükdaşıma 15,3 faiz azalaraq 347,8 min ton olub”, – məlumatda qeyd olunur.