Azərbaycanda meymunçiçəyi qeydə alınmayıb – RƏSMİ

1658316428 e6cbc650165316794352315466010446738.jpg

“Ölkədə epidemioloji vəziyyəti nəzarət altında saxlamaqla meymunçiçəyi virusu ilə mübarizə aparmaq mümkündür”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, xəstəlik hələ geniş yayılmayıb.

O qeyd edib ki, bu gün üçün Azərbaycanda bu virus qeydə alınmayıb: “Lakin bu, o demək deyil ki, olmayacaq. Nəzərə almaq lazımdır ki, xəstəliklə mübarizə aparmaq üçün ölkədə kifayət qədər qabaqcıl tədbirlər görülüb”. /Report.az/