Azərbaycanda sayt rəhbəri saxlanıldı

1649917841 fggfd.jpg

Azərbaycanda sayt rəhbəri saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev məlumat verib.

O bildirib ki, “cenub.az” xəbər portalının rəhbəri Zahir Əmənov hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilindiyi üçün tutulub.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məsəlləsinin 182.1-ci maddəsilə cinayət işi başlanılıb.

İstintaq hərəkətləri davam etdirilir.