Azərbaycanda Ukrayna dilində audiobələdçi yaradılıb

Yddvdat6g5wghbmsyhdscxia7llbf9etwqen8o0a 1200.webp

“Azərbaycanda Ukrayna dilində audiobələdçi yaradılıb”.

Oxu.Az-ın Ukrayna prezidentinin ofisinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin birinci xanımı Yelena Zelenskaya bildirib.

Təşəbbüs dünya mədəniyyət abidələrinin ukraynalaşdırılması üzrə layihə çərçivəsində həyata keçirilir:

“Layihə sayəsində artıq dünyanın 53 ölkəsində 102 Ukrayna dilli audiobələdçi işə salınıb”.

Qeyd olunur ki, Ukrayna dilində audioekskursiya indi Xəzər dənizinin sahilində – dünyada ilk tanker-muzeyi olan “Suraxanı”da əlçatandır.