Azərbaycanda xarici nümayəndələrin iştirakı ilə innovativ tədbir keçirilib

F5137850 ee3b 4487 8253 4d80277c7541 0.jpg

Bakıda Azərbaycan Şərab istehsalçıları və ixracatçiları Assosiasiyasının İctimai Birliyinin təşkilatçılığı ilə innovativ tədbir keçirilib.

Tədbirdə yerli və xarici nümayəndələrlə yanaşı ölkədə fəaliyyət göstərən özəl şirkətlərin texnoloqları iştirak ediblər.

Tədbirin təşkilatçısı olan “PFC AZ” MMC–nin şöbə müdiri, Azərbaycan Şərab istehsalçıları və ixracatçiları Assosiasiyasının İctimai Birliyinin İcracı direktoru İlham İdayətov seminarın əgəmiyyətinə toxunub.

Qeyd olunub ki, etil (yeyinti) spirtləri istehsalı üzrə ixtisaslaşmış müəssisələrdə daha keyfiyyətli spirt istehsalında məhsulun maya dəyərinin aşagı salınmasi, daha az dozada – Fermentlər, maya və maya qidaları sərfiyyatı, qıcqırma üçün optimal mühitin qısa müddətdə və az enerji sərfiyyatı və s yeni texnoloji təlimatların verilməsi nəzərdə tutulub. Ona gorə də Rəsmi distribüteri olduğumuz Danimarkanın “Novozymes“ şirkətinin (Ferment, maya və qida qatqıları üzrə dünya lideridir) əməkdaşları; Texniki servis mütəxəssisi texniki elmlər namizədi (t.e.n) Albina Kadiyeva, Texniki konsultantı Avropa, MDB dövlətləri, Amerika və Braziliya şirkətlərinin Texniki konsultantı Aleksandr Federenko, Qafqaz dövlətləri üzrə regional meneceri Vyaçeslav Klokov (dəvətimizlə) və Azərbaycan Respublikası ərazisində fəaliyyət göstən aşağıdakı müəssisə nümayəndələrinin iştirakı ilə seminar keçirmişdir.

Müəssisənin nümayəndələri ilə yanaşı və sözügedən sahə üzrə kiçik və orta sahibkarlar (üzüm, meyvə və giləmeyvə şərablarının distillə edilməsindən alınan Etil (yeyinti) spirtləri – araq istehsalçiları) seminarda iştirak edərək, ən yeni texnoloji rejim və innovasiyalarla məlumatlandırılmışlar. Seminarin səmərəli və effektivliyi keyfiyyətli məhsul istehsalına təkan verəcəyi bildirilmişdir.

Qeyd edək ki, tədbirdə “Gəncə Şərab 2” ASC – baş texnoloq Vüqar Quliyev, “Göygöl Spirt” MMC – texnoloq Rəhim M, Xırdalan Şərab “A+Co” MMC – texnoloq Ağa Məmmədov ,“Göyçay Şərab” ASC – texnoloq Harun Məmmədov, Kürdəmir ”ALKohol” MMC – texnoloq Mehman İsrailov, Fikrət M, Baki Ş “Arena Luks” MMC – baş texnoloq Pərviz M, Bakı Ş “Alko Qrup” MMC – texnoloq Nəriman Ələt qəsəbəsi “Fidan” şirkəti – İcraçı Direktor Fəxrəddin, Xudat “ Azəri Şərab-İ – texnoloq Əmirxan, Naxçıvan Spirtzavod-“Ləzzət” MMC – baş texnoloq İlham Məmmədov, İsmayıl “Spirt zavodu” – texnoloq Tapdiq, “İmişli -Spirt” zavodu (Azərsun Şəkər zavod) – texnoloq Rasim Şirzadov iştirak ediblər.