Azərbaycandan Ukraynaya növbəti YARDIM

1686112886 16860913185611534350 1200x630 1.jpg

“SOCAR Energy Ukraine” Kaxovka su elektrik stansiyasının bəndinin partladılmasından sonra xilasetmə işləri ilə məşğul olan könüllülərə yardım edib.

“SOCAR Energy Ukraine” faciə ilə üzləşə biləcək ailələri Odessaya təxliyə edən könüllülərə bir ton yanacaq verib.

Bildirilib ki, “SOCAR Energy Ukraine” bu istiqamətdə humanitar missiyasını davam etdirəcək və mülki şəxslərə hər cür yardım göstərəcək.