Azərbaycanın .az domen sistemi çöküb

Img 20231219 163642.jpg

Hazırda online.az, web.aznt.az portallarına daxil olmaq mümkün deyil. Belə ki, sistemə daxil ola bilməmək hətta müştərilərin edəcəyi nağd ödənişə də təsir göstərir.

Bununla bağlı qurum ilə əlaqə yaratdıq, qurum rəsmisindən aldığımız cavaba əsasən, sistem işləmədiyi üçün nağd şəkildə də pulu qəbul etmək heç bir fayda vermir.

Domeninizin vaxtı bitibsə, ödəniş üçün yalnız saytın bərpa olmasını gözləmək lazımdır. Əgər o artıq qeydiyyatdan tam olaraq çıxmışdırsa, bu məsələdə heç bir köməklik göstərə bilməyəcəkləri vurğulandı.

Qurum rəsmisi əlavə olaraq, hazırda texniki şöbənin araşdırma apardığını və problemin axşamadək həll olunmasını ümid etdiklərini söylədi.