Bu ilin yanvar ayında Azərbaycanın icmal büdcəsinin gəlirləri 4 milyard 411,9 milyon manat, xərcləri isə 1 milyard 717,5 milyon manat təşkil edib.
Redaksiya bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Son nəticədə ötən ay büdcədə 2 milyard 694,4 milyon manat profisit yaranıb. Bu isə ÜDM-in 29,7 %-ni təşkil edir.
Xatırladaq ki, icmal büdcəyə dövlət büdcəsi, eləcə də Dövlət Neft Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun, İcbari Tibbi Sığorta Fondunun və Naxçıvan MR-nın büdcələri daxildir.
Yanvarda Azərbaycanda 9 milyard 78,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.




