Məşhur teleaparıcı Ceyhun Səfər Baku.TV ilə yollarını ayırıb.
Bundan sonra Ceyhun Səfər Azərbaycan Dövlət Televizisiyasında xəbərlər xidmətində aparıcı vəzifəsində çalışacaq.
Xatırladaq ki, C.Səfər buna qədər “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, “AzVirt” MMC-də mətbuat katibi, ondan öncə isə uzun illər ATV kanalında xəbər aparıcısı və redaktor kimi fəaliyyət göstərib.





