Azərbaycanın Rəqəmsal Məcəlləsi hazırlanacaq

4fdbe57f166929863067785914510688504.jpg

Azərbaycan Respublikasının Rəqəmsal Məcəlləsi hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, rəqəmsal inkişaf sahəsində beynəlxalq və ölkədaxili təcrübə əsasında “Azərbaycan Respublikasının Rəqəmsal Məcəlləsi”nin layihəsini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.