Azərbaycanın xüsusi təyinatlıları Qazaxıstanda təlimdə iştirak edir

Df94afd4 Ac96 38b0 95da Ef0326b4718a 850.jpg

“Azərbaycan və Qazaxıstan Müdafiə Nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı”na əsasən, Qazaxıstanda “Sonsuz qardaşlıq – III” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir.

Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun xüsusi təyinatlıları təlimdə iştirak etmək üçün Qazaxıstanda səfərdədir. Məlumata görə, Türküstan vilayətində yerləşən Orda poliqonunda keçirilən təlim sentyabrın 19-dək davam edəcək.