Azərbaycanlı gənclər yeni kriptovalyuta növü yaratdı

65a31da716473655682850705071035368.jpg

Kriptovalyuta bazarında yeni kripto təsis edilib. Bu dəfə Azərbaycanlı gənclər elektron pul dövriyyəyə buraxıblar.

Yeni kriptovalyuta yanvarın 24-dən birjalarda yer alıb. Layihənin təsisçilərindən olan Vaqif Abbasov deyir ki, bazara çıxdıqlarından qısa müddət keçsə də, gündəlik dövriyyələri milyonlarla ölçülür.

Vaqif Abbasovun sözlərinə görə, bu kriptovalyuta növü Azərbaycan üçün də kifayət qədər səmərəlidir.

Vaqif Abbasov layihəyə, əsasən, ali təhsili yeni başa vuran gəncləri cəlb etdiklərini bildirir.