“Azəriqaz” daha bir şəhid ailəsinin problemini tarixə qovuşdurdu
Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində yaşayan şəhid ailəsinin istəyi SOCAR “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yerinə yetirilib.
Daha dəqiq Vətən müharibəsi şəhidi Adil Tatarovun anası Şükufə Tatarova fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı Birliyə müraciət ünvanlayıb.
Müraciətdən dərhal sonra şəhid anasının istəyi yerinə yetirilib. Qeyd olunan ünvana qaz xətti çəkilərək sayğac quraşdırılıb.





