AzTV-nin aparıcısına nazirlikdə vəzifə verildi

MyCollages 2022 08 01T120901.782.jpg

Teleaparıcı Tural Orucov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) vəzifə alıb.

Bu barədə “ASAN xidmət”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev feysbukda bildirib.

Onun sözlərinə görə, T. Orucov RİNN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi təyin olunub.

Qeyd edək ki, T. Orucov uzun illər “Azərbaycan Televiziyası” QSC-də çalışıb. Aparıcı, həmçinin İnformasiya proqramları studiyasının redaktoru vəzifəsini icra edirdi. T. Orucov bu gün işindən ayrıldığını açıqlayıb.