Bahar Muradova: “Ailə Konsepsiyası”nın hazırlanmasına başlanılıb

458cf47a 172e 350b A117 Fe93a7169c46 850.jpeg

Növbəti dönəm üçün yeni konsepsiyalarımızla qanunvericiliyə dəyişiklik edilməsi üçün tövsiyələrimiz olacaq.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Komitə “Ailə Konsepsiyası”nın hazırlığına start verilib:

“Fəal şəkildə ictimai müzakirələr təşkil edəcəyik. Bütün sadalanan problemlər Azərbaycanın siyasətinin mahiyyətinə uyğun olaraq yalnız ailə müstəvisində, ailənin və hər bir fərdin marağı üstün tutulmaqla həll edilməlidir. Bu konsepsiyanın hazırlanmasında da biz ailə mərkəzli siyasət yürütməyə çalışacağıq”.