Bakcell-dən Ukraynadakı abunəçilərinə dəstək

46384036164570198229913022610735877.jpg

Bakcell şirkəti Ukraynadakı vəziyyətlə əlaqədar olaraq ölkədə rominqdə olan abunəçilərin nömrələrinin balansını artırıb.

Belə ki, hazırda Ukraynada olan abunəçilərin ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə şirkət tərəfindən onların nömrələrinin balansına 100 AZN məbləğində pul vəsaiti yüklənib.