Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor təyin olunub

698c1973bdf34698c1973bdf351770789235698c1973bdf32698c1973bdf33

Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, kollecin direktoru vəzifəsi Səbuhi Qurbanova həvalə olunub.

Bununla bağlı Agentliyin direktoru Ülkər Səttarova müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Səbuhi Qurbanov ötən il Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.