Bakı metrosunda qatarların hərəkətində gecikmə olub?

B91b1fac162762523671799820711114251.jpg

Bakı metrosunda qatarların hərəkətində gecikmə olub.

Bu barədə sərnişinlər xəbər verib. Gecikmə metronun “İçərişəhər” stansiyasında müşahidə edilib. Qatarların hərəkətində 9 dəqiqə gecikmə olub.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədovun sözlərinə görə, ehtimal ki, ehtiyat qatarlardan biri xətdən çıxarılıb və bu səbəbdən interval artıb:

“Ehtiyat qatarlar qrafikdən əlavə verilir. Məqsəd sərnişin sıxlığı olan istiqamətlərdə tənzimləməni sürətləndirməkdir. Belə olanda, digər xətdə dediyiniz dəqiqə fərqi yarana bilir. Ümumilikdə metronun və qatarların fəaliyyətində heç bir problem yoxdur”,- deyə B. Məmmədov bildirib.