Bakı metrosunda sərnişinin halı pisləşdi

Metro Serni1725441132.jpg

Bakı metropoliteninin “İnşaatçılar” stansiyasında orta yaşlı şəxsin halı pisləşib.

Hadisə saat 11:45 radələrində “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarda baş verib.

Sərnişinlərin köməyi ilə o “Elmlər Akademiyası” metrosunda qatardan düşürülüb və metropoliten əməkdaşlarına təhvil verilib.

Qeyd edək ki, son illər belə hallara daha tez-tez rast gəlinir. Ssərnişinlər Bakı metrosunda havalandırma sisteminin işləməməsindən, havasızlıqdan narazılıq edirlər.