Bakıda 2 yaşlı uşaq qaynar suda yandı

1659085254 usaq.jpg

Bakıda 2 yaşlı uşağın ağır xəsarətlər alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Avtor.az xəbər verir ki, Qaradağ rayonu Qobustan qəsəbəsində 2020-ci il təvəllüdlü Z.Qədirovanın üzərinə ehtiyatsızlıqdan qaynamaqda olan su tökülüb. Termiki yanıq xəsarətləri alan körpə xəstəxanaya çatdırılıb.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.