Bakıda 375 minlik “Rolls Royce” hərraca çıxarıldı

1739963890 42426b80 5293 4bea A6d8 Ad2634f34e26.jpg

Bakıda məhkəmə qaydasında müsadirə edilən “Rolls Royce Ghost” avtomobili hərraca çıxarılıb.

Valyuta.az xəbər verir ki, 99-AF-009 dövlət nömrə nişanlı lüks avtomobilin minimal satış qiyməti 262 500 manat müəyyən edilib. Avtomobilin ilkin qiyməti isə 375 min manatdır.

İstehsal tarixi 2014-cü ilə aid olan ağ gümüşü rəngli, 6,6 l. mühərrik həcmli “Rolls Royce Ghost” 75 min kilometr yürüş edib. Hərracda iştirak üçün ilkin beh 26 250 manat təşkil edir. İlk hərrac martın 6-da keçiriləcək.

Qeyd edək ki, bu tipli hərraclar, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir. Adətən bankda girov qoyulan əmlaklar bu qayda ilə satılır.