Bakıda “AZHAB Forum 2025” sərgisi keçiriləcək

Mj2zvttxc40yeavua9jjcqib9945pyoqi7b2nrq3 1200

7-8 oktyabr tarixlərində Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində sərgi təşkil olunacaq.

Bu barədə KOBİA məlumat yayıb.

Sərginin iş günləri və saatı:

7 oktyabr 2025 | 15:00 – 18:00

8 oktyabr 2025 | 10:00 – 17:00

Məkan: “Baku Marriott Hotel Boulevard”

AZHAB Forumu çərçivəsində keçiriləcək sərgidə ziyarətçilər:

– yerli və xarici ölkələrin qida və qeyri-qida məhsulları, xidmətləri ilə tanış olmaq imkanı əldə edəcək;

– sənayenin inkişaf tendensiyalarını, beynəlxalq standartları və ən son texnologiyaları izləyə biləcək;

– müxtəlif ölkələrin şirkətləri ilə tanış olmaq və əməkdaşlıq imkanı əldə edəcəklər.

Qeydiyyat üçün: https://azhabforum.az/az/devetnameni-elde-edin