Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

D9297943 ea13 37da 9b3e 8c4b31bf692e 850.jpg

Bakıda ağır yol qəzası baş verib.

Hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər – 1962-ci il təvəllüdlü Əhmədov Fəxrəddin Əhməd oğlu və 1962-ci il təvəllüdlü Abdullayev İlqar Ənvər oğlu xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.