Bakıda mənzildə yanğın olub

7b7a53e2162865354758871682510654819.jpg

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 75 m² olan mənzilin yanar konstruksiyaları 13 m² sahədə yanıb.

Avtor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.