Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Xəzər rayonunda, Buzovna-Bilgəh yolunda qeydə alınıb. “Range Rover” hərəkətdə olarkən yoldan keçmək istəyən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

