Bakıda qadın evdən 8 min manatlıq qızıl oğurlayıb

F6185f0e163712460814027472710757061.jpg

Bakıda evdən oğurluq edən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Allahverdiyeva saxlanılıb. Araşdırma aparılır.