Bakıda söküntü işləri aparılan ərazidə yanğın olub

16731575273503853578 1200x630.jpg

Bakı şəhərinin Yasamal rayonunda söküntü işləri aparılan ərazidə məişət tullantıları və taxta konstruksiyadan ibarət hasar yanıb.

Avtor.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda dayanan “Toyota” markalı minik avtomobilinin faraları və “Hyundai” markalı minik avtomobilinin ön buferi əriyib.

Hər iki avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.