Bakıda xeyriyyə tədbiri keçirilib

Photo 116163.jpg

19.10.2024 cü il tarixində “World Karyera və Peşə Mərkəzi ” və “GV Medikal ” təşkilatçılığı ilə növbəti xeyriyyə tədbiri keçirilmişdir.

Daha öncə də müxtəlif uşaq evləri və qadın sığınacaqlarının ehtiyaclarının qarşılanması məqsədilə müxtəlif layihələr həyata keçirən şirkətlər bu dəfə də xeyriyyə məqsədli səhər yeməyi görüşü təşkil etmişdir.

Xeyriyyəçi sahibkarların toplandığı səhər yeməyindən əldə olunan bütün vəsait Nur Uşaq Evinin ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulmuşdur. Tədbirdə uşaq evinin rəhbəri Aynurə xanım xeyriyyəçiliyin belə gözəl təbliğatı üçün təşkilatçılara təşəkkür edərək , mərkəzin dekabrda yeni binaya köçəcəyi haqqında eləcə də uşaqların hal hazırki gündəlik yaşamı və ehtiyacları psixoloji vəziyyətləri haqqında məlumat verdi.

Çəkilişdə göstərdiyi köməyə görə işində Peşəkar olan @narketing.az a dərin təşəkkürlərimizi bildiririk.

Qeyd edək ki, tədbirə Aqat-Silver Təbii Daşlar və Faktor.az xəbər portalı dəstək göstərib.