Bakıda yaşayış binasında YANĞIN

1681795811 b503dd77 201f 31b9 ad5f d9e9f00ad10b 850.jpg

Bakıda üçmərtəbəli binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 10 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakıda yaşayış binasında YANĞIN

1680757310 1 91547704633.jpg

Bakıda yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, paytaxtın Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 43 m² olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və 1 ədəd plastikdən ibarət pəncərə çərcivəsi yanıb, yüksək temperaturdan ev əşyaları qarsalanıb.

“Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda qeyd olunub.