Bakıda yeniyetmə 3-cü mərtəbədən avtomobilin üstünə düşüb

143fe93d cf19 36b2 a21d c13a5af0da33 850.jpg

Bakıda yeniyetmə ağır xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. 2008-ci il təvəllüdlü N.Mahmudova yaşadığı evin eyvanında ehtiyatsızlıqdan yıxılaraq parklanmada olan avtomobilin üzərinə düşüb.

Yeniyetmə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.