Bakının 34 nömrəli məktəbinə yeni direktor təyin olunub

7f9bcc33166919390748042457310348180.jpg

Bakının 34 nömrəli tam orta məktəbinə (523 şagird yerlik) yeni direktor təyin olunub.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bu vəzifəyə Axundova Nəcibə Novruz qızı təyin edilib.

O, əvvəllər Bakı şəhəri 45 nömrəli tam orta məktəbin (1300 şagird yerlik) direktoru işləyib.