Bakının azad edilməsinin ildönümü münasibətilə Türk şəhidliyi və Şəhidlər xiyabanı ziyarət olunub

4899f929 be83 43e0 b8b5 23f6dd43904c.jpg

Sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 104 ili tamam olur.

Bu münasibətlə Dünya Alpaqut Federasiyasının İdarə heyəti və Azərbaycan Alpaqut Federasiyasının struktur və məşqçi heyəti o cümlədən Mübarizlər İctimai Birliyi və Türk Ağsaqqallar Birliyi (TAİB) Şəhidlər Xiyabanına gələrək şəhidlərimizi ziyarət ediblər.

Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsi zamanı şəhid olan türk hərbçilərinin ruhu yad edilib.

Qeyd olunub ki, 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Daha sonra Şəhidlər Xiyabanı ziyarət olunub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarı üstünə güllər qoyulub, xatirələrinə ehtiram ifadə edilib.