Balakəndə ildırım düşən ev yandı

1655929085 62b3782ef191d62b3782ef191e165592887862b3782ef191a62b3782ef191c.jpg

Balakəndə fərdi yaşayış evini ildırım vurub.

Ötən gün axşam radələrində rayonun Katex kəndində, kənd sakini Məmmədvəli Əsəbəli oğlu Kərimova məxsus, ümumi sahəsi 156 kvadratmetr olan, kürsülü birmərtəbəli evdə yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

İlkin ehtimala görə, fərdi yaşayış evində baş verən yanğın evi ildırım vurması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır. /APA/