Banklar valyuta hərracında 64 milyon dollar cəlb edib

C7bc9f0c031ddf9d90cfdf9048f53d6b 29025 8.jpg

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 64,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (1 mart 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 1,6% artıb.