“Barselona” Atletiko” ilə Depayın transferini razılaşdırıb

9cd2a470e7b8daa9b521d05c0b8dc303.jpg

Hücumçu Memfis Depay “Barselona”dan “Atletiko”ya (Madrid) keçməyə yaxındır.

İddiaya görə, transfer yaxın saatlarda baş tutacaq.

Bildirilir ki, tərəflər bu gün prinsipial razılığa gəliblər.

Madrid klubu hücumçu üçün 3-5 milyon avro ödəyəcək. Futbolçu ilə müqavilə 2025-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edilir ki, niderlandlı İspaniya kubokunda “Seuta” ilə oyuna hazırlaşan katalonların məşqini buraxıb. Bunun klubun icazəsi ilə baş verdiyi deyilir.

Xatırladaq ki, bu mövsüm Depay La Liqada 2 oyun keçirib və 1 qol vurub.