Baş direktor bir qrup Birlik əməkdaşını mükafatlandırdı

4dfd365c 1444 4d7e 8902 4e7e03d398f2.jpg

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Gədəbəy rayonunda Şəmkir Regional qaz istismarı İdarəsinin bir qrup əməkdaşı ilə görüşüb.

“Azəriqaz” İB-dən verilən məlumata görə, işçilərin problemlərini dinləyib, qayğıları ilə maraqlanan baş direktor onların əmək şəraitinin yaxşılaşdırılması üçün Şəmkir RQİİ rəhbərliyinə göstəriş verib. Görüşdə Birlik rəhbəri nümunəvi əmək fəaliyyətlərinə və işlərində fərqləndiklərinə görə 26 əməkdaşı Fəxri Fərman və hədiyyə ilə təltif edib.